Azərbaycana xarici investisiya qoyuluşu azalıb

Azərbaycana xarici investisiya qoyuluşu  azalıb
15 İyul-11:15

Azərbaycanda bu ilin yanvar-iyun aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 2 milyard 309,1 milyon manat vəsait yönəldilib.

“Margin.az” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Hesabata əsasən, bu göstərici  ötən illə müqayisədə 5,9% azalıb.

Bundan əlavə, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 2 milyard 037,3 milyon manatı (88,2 %-i) Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Yaponiya, İsveçrə, Norveç, Virgin adaları, Malayziya, Fransa, Rusiya və İran sərmayədarlarına məxsus olub.