Azərbaycana xarici investisiyaların həcmi 25% artıb

Azərbaycana xarici investisiyaların həcmi 25% artıb
14 Sentyabr-12:39

Bu ilin I yarısında Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların məbləği 2 635,7 mln ABŞ dolları təşkil edib.

"Margin.az" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,1% çoxdur.

6 ayda investisiyalarda neft-qaz sektorunun xüsusi çəkisi 82,8% olub ki, bu da 1 il əvvələ nisbətən 1,6 faiz bəndi azdır.