Azərbaycanda ötən ay informasiya və rabitə müəssisələri 229,9 milyon manatlıq xidmət göstərib.
"Margin.az" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
-
İnformasiya və rabitə xidmətlərinin həcmi 15%-dək artıb
-
Naxçıvanda informasiya və rabitə xidmətlərinin dəyəri 57 mln. manatdan çox olub
Məlumata görə, xidmətlərin 72%-i əhaliyə göstərilib.
Hesabat dövründə göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi 2022-ci ilin yanvar ayı ilə müqayisədə 17,2% artıb. Xidmətlərdən əldə edilən gəlirin 40,1%-i və ya 92,2 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıbdır.