“ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan bu ilin 6 ayı ərzində portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 651.001.786 kassa çeki üzrə 267,2 milyon manatdan çox, təkcə bu ilin yanvar-iyun ayları ərzində isə 222.747.769 çek üzrə 95,3 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.
“Margin.az” bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bu ilin yanvar-iyun aylarında yeni nəsil onlayn nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 10 milyard 636 milyon 507,3 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 55,2% çoxdur.
Əlavə edək ki, 2020-ci ilin may ayından ölkədə pərakəndə ticarət və iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılmasını nəzərdə tutan mexanizm tətbiq edilir.