Azərbaycanda 27 mln. tondan çox neft hasil edilib

Azərbaycanda 27 mln. tondan çox neft hasil edilib
11 Noyabr-16:15

Azərbaycanda cari ilin yanvar-oktyabr aylarında 27,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

"Margin.az" Energetika Nazirliyinə istinadən xəbər verir ki, respublika üzrə neft hasilatının 17,1 milyon tonu "Azəri-Çıraq-Günəşli"nin, 3,6 milyon tonu (kondensat) "Şahdəniz"in payına düşüb.

Məlumata görə, SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 6,5 milyon ton təşkil edib.

Əlavə edək ki, hesabat dövründə 21,9 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub.