Azərbaycanda 35 minə yaxın şəxsə əlillik təyinatı aparılıb

Azərbaycanda 35 minə yaxın şəxsə əlillik təyinatı aparılıb
13 Sentyabr-13:39

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2021-ci ilin yanvar-avqust ayları ərzində 35 minə yaxın şəxsə əlillik təyin edilib.

“Margin.az” Nazirliyə istinadən xəbər verir ki, onlardan 11 min nəfəri ilkin, qalanları isə təkrar əlillik təyinatı aparılanlar, habelə sağlamlıq imkanları məhdudluq təyin olunanlardır.

Əlillik təyinatından sonra proaktiv qaydada elektron sistem üzərindən onlara əlilliyə görə pensiya və ya müavinətlər təyin olunub.

Eyni zamanda, bu ilin 8 ayında əlilliyi olan 8,5 min şəxsə 30 minədək reabilitasiya vasitəsi verilib. Onların bir hissəsinə bu vasitələr yaşadıqları ünvanlara aparılaraq çatdırılıb. Yanvar-avqust aylarında Agentliyin reabilitasiya müəssisələrində əlilliyi olan şəxslərdən, habelə müharibə əlillərindən ibarət  4,6 min şəxsə reabilitasiya xidmətləri göstərilib.