Azərbaycanda 459 mln. manatlıq informasiya və rabitə xidmətləri göstərilib

Azərbaycanda 459 mln. manatlıq informasiya və rabitə xidmətləri göstərilib
27 Mart-16:50

Azərbaycanda bu ilin yanvar-fevral aylarında informasiya və rabitə müəssisələri 459,3 milyon manatlıq xidmət göstərib.

"Margin.az" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, xidmətlərin 71,2%-i əhaliyə göstərilib.

Hesabat dövründə göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,7% artıb, bu sahədə əldə edilən gəlirin 83,3%-i qeyri-dövlət sektorunun payına düşübdür.