Azərbaycanda “Aİ-98” markalı benzinin qiyməti bahalaşıb

Benzinin qiymətindəki artım yanacağın alış qiymətinin artması ilə bağlıdır.
Azərbaycanda “Aİ-98” markalı benzinin qiyməti bahalaşıb
03 Avqust-12:50

Azərbaycanda avqustun 1-dən “Aİ-98” markalı benzinin 1 litrinin qiyməti 5 qəpik artırılaraq 1,55 manatdan 1,6 manata çatdırılıb.

"Margin.az" xəbər verir ki, bu barədə “SOCAR Petroleum”dan bildirib.

Əlavə edək ki, ötən həftə Azərbaycanda “Aİ-95” premium markalı benzinin də qiyməti 5 qəpik artıb.