Azərbaycanda aqrar sektor 5% böyüyüb

Azərbaycanda aqrar sektor 5% böyüyüb
14 Sentyabr-17:43

Azərbaycanda bu ilin yanvar-avqust aylarında 6 105,2 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib.

“Margin.az” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici, ötən ilin eyni dövrünə nisbətən 5% çoxdur.

Məlumata görə son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 7,3% artaraq 3 210,8 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 2,6 % artaraq 2 894,4 milyon manat təşkil edib.