Azərbaycanda avtomobillərin qiyməti niyə bahalaşıb?

Azərbaycana bu il idxal olunan avtomobillərin sayı 82,3% artıb.
Azərbaycanda avtomobillərin qiyməti niyə bahalaşıb?
23 Oktyabr-13:35

Azərbaycanda işlənmiş avtomobillərin qiymətləri 5 faiz, yeni avtomobillərin qiyməti isə 2 faizdən 5 faizədək artıb.

Bu barədə “Margin.az”a nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov məlumat verib.

"Maşınların bahalaşmasının səbəbi logistika qiymətlərinin artmasıdır. Belə ki, dünyada yükdaşıma xərcləri təxminən 20% bahalaşıb. Təbii ki, bu, xaricdən gətirilən avtomobillərin qiymətinə təsir edib".

Ekspertin proqnozlarına görə, 2022-ci ilin birinci yarısında yeni avtomobillərin qiyməti daha da artacaq. Bunun səbəbi qlobal çip çatışmazlığıdır.

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında Azərbaycana avtonəqliyyat vasitələrinin idxalının ümumi dəyəri 659 milyon 508,16 min ABŞ dolları (artım 42,5%) olmaqla 64 954 min ədəd təşkil edib.

Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycana bu il idxal olunan avtomobillərin sayı 82,3% artıb.