Azərbaycanda bu ilin yanvar-noyabr aylarında neft məhsullarının istehsalının dəyəri 3693,5 milyon manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,3% azdır.
"Margin.az" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
- Azərbaycan benzin istehsalını azaltdı
-
"Aİ-92" markalı benzinin və dizel yanacağının aksiz dərəcələri artırıldı
Hesabat dövründə mazutunun istehsalı 30%, avtomobil benzininin istehsalı 1,8% artıb, neft bitumu istehsalı 5,8%, dizel yanacağının istehsalı 17,1%, neft koksunun istehsalı 20,2%, sürtkü yağlarının istehsalı 26,6%, neft-kimya sənayesində istifadə üçün benzin istehsalı isə 27,9% azalıbdır.