Azərbaycanda bu ilin yanvar-sentyabr ayları ərzində 259 798 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb.
"Margin.az" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,1% çoxdur.
- Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı 17% artıb
-
Azərbaycanda daşınmaz əmlakın icbari sığortası elektron şəkildə bağlanılacaq
Bu göstəricinin 63 315-i (24,4%) ilkin,196 483-ü (75,6%) isə təkrar qeydiyyatın payına düşüb.
Məlumata görə, mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 36 718-i fərdi yaşayış və bağ evi, 65 872-si mənzil, 148 840-ı torpaq sahəsi, 2 636-sı qeyri-yaşayış binası, 5 101-i qeyri-yaşayış sahəsi, 589-u əmlak kompleksi, 41-i çoxmərtəbəli yaşayış binası, 1-i isə çoxillik əkmələrdir.
Əlavə edək ki, 9 ay ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 26,2%-i Bakı şəhərinin, qalanı isə bölgələrin payına düşür.