Azərbaycanda bu ilin avqust ayında 33 720 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb.
"Margin.az" bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.
-
Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı 17% artıb
-
Azərbaycanda daşınmaz əmlakın icbari sığortası elektron şəkildə bağlanılacaq
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,1 % çoxdur.
Aylıq göstəricinin 7 730-u ilkin, 25 990-ı isə təkrar qeydiyyatın payına düşüb.
Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 5 043-ü fərdi yaşayış və bağ evi, 9 285-i mənzil, 18 409-u torpaq sahəsi, 304-ü qeyri-yaşayış binası, 606-sı qeyri-yaşayış sahəsi, 64-ü əmlak kompleksi, 9-u çoxmərtəbəli yaşayış binası olub. Əmlakların 27,6 %-i Bakı şəhərinin, qalanları isə bölgələrin payına düşüb.