Azərbaycanda bu ilin yanvar-fevral aylarında kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 300 milyon manatlıq məhsul istehsal edilib.
"Margin.az" bu barədə Dövlət Statistika Komistəsinin hesabatına istinadən xəbər verir.
-
Azərbaycanın dərman idxalına çəkdiyi xərc 53%-dək artıb
-
Azərbaycanda əczaçılıq məhsullarının istehsalı 46%-dək azaldı
Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 59,4%, rezin və plastik kütlə məmulatlarının istehsalı 23,9% artıb, kimya sənayesi məhsullarının istehsalı isə 17,2% azalıbdır.