Azərbaycanda dövlət banklarına kredit qoyuluşu 26% artıb

Azərbaycanda dövlət banklarına kredit qoyuluşu 26% artıb
24 May-14:10

Azərbaycanda bu ilin yanvar-aprel aylarında banklara cəmi 18,320 milyon manat kredit qoyuluşu olub.

“Margin.az” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, kredit qoyuluşunun 3597.1 milyon manatı və ya 19.6%-i dövlət banklarının payına düşüb.

Dövlət banklarına kredit qoyuluşu ötən ilin müvafiq dövrü ilə müqayisədə 26.29% artıb.

Hesabat dövründə kredit qoyuluşunun 14243.3 milyon manatı, yaxud 77.7%-i özəl bankların payına düşüb. Bu isə ötən ilin ilk 4 ayı ilə müqayisədə 21% çoxdur.

Məlumata görə, bu dövrdə bank olmayan kredit təşkilatlarına (BOKT) 479.6 milyon manat (2.6%) kredit qoyuluşu olub.