Azərbaycanda bu ilin yanvar-may aylarında banklara cəmi 18577.9 milyon manat kredit qoyuluşu olub.
“Margin.az” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, kredit qoyuluşunun 3634.4 milyon manatı və ya 19.6%-i dövlət banklarının payına düşüb.
- Azərbaycanda dövlət banklarına kredit qoyuluşu 26% artıb
-
Azərbaycan Mərkəzi Bankı yerli banklara kredit qoyuluşunu 11% azaldıb
Dövlət banklarına kredit qoyuluşu ötən ilin müvafiq dövrü ilə müqayisədə 26.5% artıb.
Hesabat dövründə kredit qoyuluşunun 14463.9 milyon manatı, yaxud 77.9%-i özəl bankların payına düşüb.
Məlumata görə, bu dövrdə bank olmayan kredit təşkilatlarına (BOKT) 479.6 milyon manat (2.6%) kredit qoyuluşu olub.