Emal sənayesində bu ilin yanvar-fevral aylarında 2729,9 milyon manatlıq məhsul istehsal edilib.
Bu barədə "Margin.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə tütün məmulatlarının istehsalında 34,7%, içki istehsalında 17,9%, qida məhsullarının istehsalında isə 12,7% artım müşahidə olunubdur. Bu sahələrin əsas məhsullarından duz istehsalı 57%, meyvə-tərəvəz konservlərinin istehsalı 9,7% artıb, şəkərin istehsalı 4,4%, duru bitki yağlarının istehsalı isə 44,6% azalıbdır.