Bu ilin yanvar-fevral aylarında Azərbaycanda İstilik Elektrik Stansiyaları (İES) üzrə 4 998,8 milyon kVt/st, su da daxil olmaqla bərpa olunan mənbələr üzrə isə 178,1 mln. kVt/st elektrik enerjisi istehsal edilib.
"Margin.az" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "Twitter"də bildirib.
-
Dövlət başçısı: "Elektrik enerjisinin ötürülməsi ən vacib məsələlərdən biridir"
-
Azərbaycan elektrik enerjisi ixracını 2 dəfədən çox artırıb
"Operativ məlumatlara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə ölkədə elektrik enerjisinin istehsalı 5,8% artaraq 5 176,9 milyon kVt/st olub. İxrac 840 milyon kVt/st, idxal isə 21 milyon kVt/st təşkil edib", - deyə o qeyd edib.
Bu ilin iki ayında İES-lər üzrə 4998.8 mln. kVt•st, su da daxil olmaqla bərpa olunan mənbələrdən 178.1 mln. kVt•st #elektrikenerjisi istehsal edilib. pic.twitter.com/2RjqDU0JBh
— Parviz Shahbazov (@ParvizShahbazov) March 17, 2023