Azərbaycanda elektrik enerjisinin istehsalı 7% artıb

Azərbaycanda elektrik enerjisinin istehsalı 7% artıb
14 Sentyabr-17:51

Azərbaycanda bu ilin yanvar-avqust aylarında 17 467,8 mln. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da illik müqayisədə 7,2% çoxdur.

"Margin.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, istehsal edilən əmtəəlik elektrik enerjinin həcmi yanvar-avqust aylarında 7,5% artaraq 16 936,8 mln. kVt-saat təşkil edib.

Məlumata görə, ölkədə istehsal edilən elektrik enerjinin 15 897,2 mln. kVt-saat istilik (artım 7,2%), 945 mln. kVt-saat su elektrik (artım 14,3%) stansiyaların payına düşüb. İstehsal edilən elektrik enerjinin qalan hissəsi isə külək və günəş ilə işləyən elektrik stansiyalar ilə təmin edilib.