Azərbaycanda ötən il mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 64,8 milyard manat olub. Bu, 2021-ci illə müqayisədə 2,4% azdır.
"Margin.az" xəbər verir ki, bu barədə Azərbaycan Statistika Komitəsinin hesabatında deyilir.
-
Azərbaycanda əmtəəlik neft hasilatı azalıb, qaz hasilatı artıb
-
Azərbaycanda əmtəəlik qaz hasilatı 10%-dək artıb
Bu dövrdə sahənin əsas məhsulu olan əmtəəlik xam neft hasilatı 32,6 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 35 milyard kub metr təşkil edib. Əmtəəlik neft hasilatı 2021-ci illə müqayisədə 5,6% azalıb, əmtəəlik qaz hasilatı isə 7,3% artıbdır.