Azərbaycanda bu ilin yanvar-fevral aylarında mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 9,3 mlrd. manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,6% azalıb.
"Margin.az" Azərbaycan Statistika Komitəsinə istinadən xəbər verir ki, sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 5 101,6 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 6 065,8 mln. kub metr təşkil edib.
Məlumata görə, əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,4% azalıb, əmtəəlik qaz hasilatı isə 0,9% artıb.