Azərbaycanda əmtəəlik qaz hasilatı 10%-dək artıb

Azərbaycanda əmtəəlik qaz hasilatı 10%-dək artıb
20 Oktyabr-17:27

Azərbaycanda bu ilin yanvar-sentyabr aylarında mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 48.6 milyard manat olub. Bu, ötən ilin eyni dövrünə nisbətən 1.6% azdır.

"Margin.az" xəbər verir ki, bu barədə Azərbaycan Statistika Komitəsinin hesabatında deyilir.

Bu dövrdə sahənin əsas məhsulu olan əmtəəlik xam neft hasilatı 24.4 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 25.7 milyard kub metr təşkil edib. Cari ilin yanvar-sentyabr aylarında əmtəəlik neft hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 5.4% azalıb, əmtəəlik qaz hasilatı isə 9.8% artıb.