Azərbaycanda inflyasiya 7-7,5% səviyyəsində gözlənilir

Azərbaycanda inflyasiya 7-7,5% səviyyəsində gözlənilir
17 Sentyabr-18:01

Əsasən xarici və daxili xərc amillərinin təsiri nəzərə alınmaqla sentyabrda 2021-ci ilin sonuna inflyasiya proqnozu yüksəlmə istiqamətində təshih edilib.

"Margin.az" xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.

Proqnozlara görə cari ildə orta illik inflyasiya 5,4-5,8%, illik inflyasiya isə 7-7,5% səviyyəsində gözlənilir. 2022-ci ildə isə illik inflyasiyanın 4-5% səviyyəsində olacağı proqnozlaşdırılır.