Azərbaycanda kənd təsərrüfatı sektoru 3,4% artıb

Azərbaycanda kənd təsərrüfatı sektoru 3,4% artıb
15 Aprel-14:46

2022-ci ilin yanvar-mart ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1 153,1 mln. manat təşkil edib ki, onun da 1 085,3 mln. manatı heyvandarlıq, 67,8 mln. manatı isə bitkiçilik məhsullarının payına düşür.

“Margin.az” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,4%, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,8%, bitkiçilik məhsulları üzrə 14,4 % artıb.