Azərbaycanda kənd turizminə dair yeni sahibkarlıq subyektləri yaradılacaq

Azərbaycanda kənd turizminə dair yeni sahibkarlıq subyektləri yaradılacaq
10 Yanvar-14:15

Bu il “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi üzrə turizm potensialı yüksək olan Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qax, Lənkəran, Astara və Lerik rayonlarında kənd turizmi sahəsində yeni sahibkarlıq subyektləri təsis olunacaq.  

"Margin.az" xəbər verir ki bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.  Məlumata görə, layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilir.

Layihə çərçivəsində qeyd olunan rayonlarda daha 50 sahibkarlıq subyektinin yaradılması nəzərdə tutulur. Bu məqsədlə layihəyə müraciət edən uyğun namizədlərin seçimi aparıldıqdan sonra vətəndaşlar turizm və xidmət sahələri üzrə müvafiq biliklərə yiyələnmələri üçün peşəkar təlimlərə cəlb olunacaq, turizm obyekti kimi istifadə olunacaq ərazidə təmir işləri aparılacaq və lazımi avadanlıqlarla təchiz ediləcək.

 Kənd turizmi ilə məşğul olmaq istəyən vətəndaşlar yanvarın 28-nə qədər müraciət edə bilərlər. Qeydiyyat linki: https://forms.gle/m7dpQKdS5Lypft6a8