Azərbaycanda nağdsız əməliyyatların həcmi artıb

Azərbaycanda nağdsız əməliyyatların həcmi artıb
25 İyun-17:48

Azərbaycanda bu ilin may ayında nağdsız əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.4 dəfə artıb.

"Margin.az" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib.

Hesabat dövründə kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 1,810 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 1,373 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 435 mln. manatı POS-terminallar vasitəsilə həyata keçirilib.

Məlumata görə, may ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi əməliyyatların 41.6%-ni təşkil edib.