Azərbaycan banklarında işləyənlərin sayı avqust ayında 218 nəfər artıb.
"Margin.az" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, sentyabrın 1-i tarixində bank işçilərinin sayı 21 min 947 nəfər olub.
Məlumata görə, cari ilin 8 ayında bank işçilərinin sayı 1618 nəfər artıb.