Azərbaycanda ötən il ərzində 71,3 min yeni iş yerləri açılıbdır.
"Margin.az" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
- 1700-ə yaxın işsiz şəxs üçün iş yerlərinə göndəriş verilib
-
Prezident: "Azərbaycanda iş yerlərinin açılması prosesi daim aparılmalıdır"
Bu dövrdə yaradılan iş yerlərinin 91,4%-i qeyri-dövlət sektorunda açılıbdır. Yeni açılan iş yerlərinin 80,2%-i Bakı şəhərinin, 0,6%-i Naxçıvan Muxtar Respublikasının, 19,2%-i digər regionların payına düşübdür.
Yeni açılan iş yerlərinin 8,8%-i yeni yaradılan müəssisə və təşkilatlarda, 89,6%-i mövcud müəssisə və təşkilatlarda, 0,9%-i fəaliyyətini bərpa edən müəssisə və təşkilatlarda, 0,7% isə digər tədbirlər üzrə yaradılıbdır.