Azərbaycanda bu ilin yanvar-fevral aylarında hava nəqliyyatı ilə 332,6 min sərnişin daşınıb. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 52,2% çoxdur.
"Margin.az" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, daşımaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Hesabat dövründə bu nəqliyyat növü ilə yükdaşıma 79,4% azalaraq 21,3 min ton olub.