Azərbaycanda neft məhsullarının istehsalı 9% artıb

Azərbaycanda neft məhsullarının istehsalı 9% artıb
14 Sentyabr-18:15

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 881,7 mln. manat olmaqla, əvvəlki ilin analoji dövrü ilə müqayisədə 8,7% artıb.

"Margin.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, neft məhsullarından neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 72,8%, sürtkü yağlarının istehsalı 66,8%, neft koksunun istehsalı 21,3%, dizel yanacağının istehsalı 12,5%, neft bitumunun istehsalı 7,4% artıb.