Azərbaycanda övladlığagötürmə qaydası dəyişib

Azərbaycanda övladlığagötürmə qaydası dəyişib
24 Yanvar-18:27

Azərbaycanda övladlığagötürmə qaydası dəyişib.

"Margin.az" xəbər verir ki, bu, Prezident İlham Əliyevin Ailə Məcəlləsinə dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.

Dəyişikliyə əsasən uşağın övladlığa götürülməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış üç gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ədliyyə Nazirliyinin müəyyən etdiyi orqanın informasiya sisteminə ötürülür.