"Azərbaycanda özəl pensiya fondlarının yaradılması üçün normativ hüquqi sənədlərin layihələri hazırlanır".
"Margin.az" xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov jurnalistlərə açıqlamasında deyib.
-
Pensiya ödənişlərinə 2 mlrd. manata yaxın vəsait yönəldilib
-
Proaktiv qaydada pensiya, müavinət, təqaüd təyin olunanların sayı açıqlanıb
Onun sözlərinə görə, özəl sosial müdafiə fondlarının yaradılması istiqamətində araşdırmalar aparılır: "Artıq bununla bağlı normativ hüquqi sənədlərin layihələri hazırlanır. Dövlət qurumları ilə müzakirələr yekunlaşdıqdan sonra baxılması üçün hökumətə təqdim olunacaq".