Azərbaycanda qızıl istehsalı 0,4% azalıb

Azərbaycanda qızıl istehsalı 0,4% azalıb
14 Sentyabr-18:11

Azərbaycanda bu ilin yanvar-avqust aylarında 2 354,8 kq qızıl istehsal edilib ki bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,4% azdır.

“Margin.az” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-avqust aylarında  ölkədə 3 128,2 kq gümüş istehsal edilib. Bu da ötən ilin eyni dövrünə nisbətən 9,9% çoxdur.

Məlumata görə sentyabrın 1-nə ölkədə 138,2 kq qızıl, 128,7 kq gümüş ehtiyatı olub.