Azərbaycanda satılan düyülər saxtadır? — AQTA açıqlama yaydı

Azərbaycanda satılan düyülər saxtadır? — AQTA açıqlama yaydı
26 May-10:07

Sosial mediada satışda guya saxta (süni) düyülərin olması barədə yayılan iddialar əsassızdır.

"Margin.az" xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı açıqlamada bildirilib.

Açıqlamaya görə, Agentlik tərəfindən aparılan son monitorinqlərin və aparılan laborator müayinələrin nəticəsi göstərir ki, dövriyyədə olan düyü məhsulları təbii mənşəlidir:

"Bununla belə, istehlakçılar qida məhsullarının minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri ilə bağlı şübhələri olarsa, bu barədə AQTA-nın "1003-Çağrı Mərkəzi"nə zəng edərək məlumat verə bilərlər".