Azərbaycanda bu ilin yanvar-fevral ayları ərzində yük və sərnişin daşımaları ötən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 6,6% və 20,7% artıb.
"Margin.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 33,8 milyon ton yük və 271,7 milyon sərnişin daşınıbdır.
Yüklərin 53,3%-i avtomobil, 34,7%-i boru kəməri, 8,6%-i dəmir yolu, 3,3%-i dəniz, 0,1%-i isə hava nəqliyyatı ilə daşınıbdır.
Sərnişinlərin 87,1%-i avtomobil, 12,4%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıbdır.