Azərbaycanda bu ilin yanvar-aprel ayları ərzində yük və sərnişin daşımaları əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 7,7 faiz və 36,5 faiz artıb.
"Margin.az" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 67,3 milyon ton yük daşınıb. Yüklərin 3,1 faizi dəniz, 8,0 faizi dəmir yolu, 0,3 faizi hava, 56,4 faizi avtomobil nəqliyyatı, 32,2 faizi isə boru kəməri ilə daşınıb.