Azərbaycanda vergi ödəyicilərinin sayı 4.7% artıb

Azərbaycanda vergi ödəyicilərinin sayı 4.7% artıb
17 Sentyabr-18:46

Azərbaycanda cari il sentyabrın 1-nə vergi ödəyicilərinin sayı 645.189 təşkil edib.

"Margin.az" xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, bu göstərici ilin əvvəli ilə müqayisədə 4,7 faiz artıb.

Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 11,8 faiz artıb və 32.585-ə çatıb. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 6,1 faiz artaraq 177.274-ə çatıb.