Azərbaycanda xarici vətəndaşların bank kartları ilə əməliyyatların həcmi 69% artıb

Azərbaycanda xarici vətəndaşların bank kartları ilə əməliyyatların həcmi 69% artıb
01 Fevral-11:30

Azərbaycanda ötən ilin dekabr ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların həcmi 190,5 milyon manat təşkil edib.

"Margin.az" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi "İxrac icmalı"nın yanvar sayında bildirilir.

Məlumata görə bu göstərici 2021-ci ilin dekabr ayı ilə müqayisədə 10,95% çoxdur. 2022-ci il ərzində isə əcnəbilər bank kartları vasitəsi ilə 2,2 milyard manatlıq əməliyyat aparıblar. Bu da 2021-ci ilin göstəricisi ilə müqayisədə 69,23% çoxdur.