Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatlarının sayı açıqlanıb

Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatlarının sayı açıqlanıb
17 Sentyabr-18:29

Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

"Margin.az" xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, indiyədək ölkə ərazisində 45.589 ədəd yeni nəsil NKA quraşdırılıb.

Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. bu ilin yanvar-avqust aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 9,7 mlrd. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən  çoxdur.