Azərbaycanda yük və sərnişin daşımaları artıb

Azərbaycanda yük və sərnişin daşımaları artıb
22 Yanvar-17:16

Azərbaycanda ötən il ərzində yük və sərnişin daşımaları 2021-ci illə müqayisədə müvafiq olaraq 12,8% və 33,5% artıb.

"Margin.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 218,7 mln. ton yük daşınıb.

Yüklərin 57,6%-i avtomobil, 30,2%-i boru kəməri, 8,6%-i dəmir yolu, 3,4%-i dəniz, 0,2%-i isə hava nəqliyyatı ilə daşınıbdır. Sərnişinlərin 86,7%-i avtomobil, 12,9%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıbdır.