Azərbaycanın 11 şirkətinə Rusiyaya alma ixrac etməsinə icazə verilib

Azərbaycanın 11 şirkətinə Rusiyaya alma ixrac etməsinə icazə verilib
14 Sentyabr-12:19

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") sentyabrın 14-dən Rusiyaya 11 Azərbaycanın müəssisəsindən alma idxalına icazə verir.  

"Margin.az" xəbər verir ki bu barədə "Rosselxoznadzor" məlumat yayıb.

Məlumata görə, bu qərar müəssisələrin fitosanitar monitorinqinin nəticələrinə əsasən və Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə qəbul edilib.

Həmin sahibkarlıq subyektləri aşağıdakılardır:

- "VELBA" MMC (Quba rayonu);

- Mamed-Zadə Qurban Nüsrət oğlu (Quba rayonu);

- MMC "SARA 313" (Quba rayonu);

- MMC "RR-AGRO" (Quba rayonu);

- Yalçın Nemət Oktay oğlu (Quba rayonu);

- Ayaz Ələkbərov Laçın oğlu (Qusar rayonu);

- Agasieva Rakhshenda Gamdulla qızı (Quba rayonu);

- Tağıyeva Təranə Sabir qızı (G. Xaçmaz);

- İP Əliyev Ramin Mehdi oğlu (Quba rayonu);

- MMC "GUBA AGRO" (Nərimanov rayonu);

- İsmayılova Xəyalə Həsənbaba qızı (Xətai rayonu).