Azərbaycanın bank sektorunun aktivləri 41 mlrd. manatı ötüb

Azərbaycanın bank sektorunun aktivləri 41 mlrd. manatı ötüb
22 İyun-14:16

Azərbaycanın bank sektorunun aktivləri bu il iyunun 1-nə 41 milyard 371,5 milyon manat təşkil edib.

“Margin.az” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il iyunun 1-i ilə müqayisədə 22,4% çoxdur.

Məlumata görə, bankların aktivlərinin 16 milyard 884,8 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 25,1 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 40,8 %-ə çatıb.