Azərbaycanın bank sektoru bu ilin yanvar-sentyabr aylarında 683,2 milyon manat xalis mənfəət əldə edib.
"Margin.az" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,1% çoxdur.
Məlumata görə, 9 ay ərzində bankların vergiyəqədərki mənfəəti 840,2 milyon manat, mənfəət vergisi ödəmələri isə 157 milyon manat təşkil edib.