Azərbaycanın benzin istehsalı 72,8% artıb

Azərbaycanın benzin istehsalı 72,8% artıb
14 Sentyabr-19:31

Azərbaycanda neft məhsullarının istehsalı bu ilin yanvar-avqust aylarında sahəsində istehsalın ümumi dəyəri 2 881,7 mln. manat olmaqla, əvvəlki ilin analoji dövrü ilə müqayisədə 8,7% artıb.

"Margin.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, neft məhsullarından neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 72,8%, sürtkü yağlarının istehsalı 66,8%, neft koksunun istehsalı 21,3%, dizel yanacağının istehsalı 12,5%, neft bitumunun istehsalı 7,4% artıb.

Məlumata görə, hesabat dövründə ölkədə avtomobil benzininin istehsalı 2,5%, yanacaq mazutunun istehsalı isə 26,3% azalıb.