Azərbaycanın biznes və investisiya imkanları Londonda təqdim olunacaq

Azərbaycanın biznes və investisiya imkanları Londonda təqdim olunacaq
14 İyun-11:25

Londonda bu gün keçiriləcək Azərbaycan hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 5-ci iclası çərçivəsində Azərbaycanın biznes və investisiya imkanları təqdim ediləcək.

Bu barədə "Margin.az" İqtisadiyyat Nazirliyi yanında Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir.

Məlumata görə, iclas çərçivəsində "Doing Business in Azerbaijan" mövzusunda panel müzakirələri təşkil olunacaq.

AZPROMO Azərbaycanın biznes və investisiya imkanlarına dair təqdimat keçirəcək.