Azərbaycanın çay idxalına çəkdiyi xərc 14% artıb

Azərbaycanın çay idxalına çəkdiyi xərc 14% artıb
18 Avqust-16:49

Azərbaycan bu ilin yanvar-iyul ayları ərzində 42,1 milyon dollar dəyərində 8,4 min ton çay idxal edib.

"Margin.az" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Hesabat dövründə ölkənin çay idxalı xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 14,1% artıb. Cari ilin 7 ayı ərzində ölkənin çay idxalının həcmi isə 2021-ci ilin eyni dövrünə görə 3,4% azdır.

Əlavə edək ki, bu dövrdə çay idxalı Azərbaycanın ümumi idxalının 0,56%-ni təşkil edib.