Azərbaycanın çay idxalına çəkdiyi xərc 9 mln. dollardan çox artıb

Azərbaycanın çay idxalına çəkdiyi xərc 9 mln. dollardan çox artıb
24 Noyabr-10:44

Azərbaycan bu ilin yanvar-oktyabr ayları ərzində 61,4 milyon dollar dəyərində 11,9 min ton çay idxal edib.

"Margin.az" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Hesabat dövründə ölkənin çay idxalı xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 19,2% və ya 9,8 milyon dollar artıb. Cari ilin 10 ayı ərzində ölkənin çay idxalının həcmi isə 2021-ci ilin eyni dövrünə görə 0,44% çoxdur.

Əlavə edək ki, bu dövrdə çay idxalı Azərbaycanın ümumi idxalının 0,53%-ni təşkil edib.