Azərbaycan banklarının bu ilin avqustun 1-nə kredit qoyuluşu 18 mlrd. 985 mln. manat təşkil edib.
"Margin.az" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, kredit qoyuluşunun 3 milyard 782 milyon manatı və ya 19.9%-i dövlət banklarının payına düşüb.
- Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 10% artıb
-
Azərbaycanın dövlət banklarına kredit qoyuluşu 29% artıb
Dövlət banklarına kredit qoyuluşu ötən ilin müvafiq dövrü ilə müqayisədə 31.6% artıb.
Hesabat dövründə kredit qoyuluşunun 14 milyard 704 milyon manatı, yaxud 77.5%-i özəl bankların payına düşüb.
Məlumata görə, bu dövrdə bank olmayan kredit təşkilatlarına (BOKT) 498.2 milyon manat (2.6%) kredit qoyuluşu olub.