Azərbaycanın elektromobil idxalı 4,2 dəfə artıb

Azərbaycanın elektromobil idxalı 4,2 dəfə artıb
25 İyul-15:30

Azərbaycana bu ilin yanvar-iyun aylarında idxal edilən avtomobillərdən 153-ü (4,3 milyon dollar dəyərində) yalnız elektriklə işləyən (elektromobil) avtomobillər olub.

"Margin.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin birinci yarısında ölkəyə elektromobil idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 4,2 dəfə artıb.

Hesabat dövründə Azərbaycanın ümumi avtomobil idxalına çəkdiyi xərc isə 460,8 milyon dollar təşkil edib.

Əlavə edək ki, ötən ilin müvafiq dövründə Azərbaycana 36 elektromobil idxal edilib.