Azərbaycana bu ilin yanvar-fevral aylarında idxal edilən avtomobillərdən 222 ədədi (9,3 milyon dollar dəyərində) yalnız elektriklə işləyən (elektromobil) avtomobillər olub.
"Margin.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən 2 ayda ölkənin elektromobil idxalı 2022-ci ilin eyni ayları ilə müqayisədə həcm baxımından 3,8 dəfə, dəyər ifadəsində isə 7,4 dəfə artıb.
-
Azərbaycana 368 ədəd elektromobil idxal edilib
-
Azərbaycan elektromobil idxalına 10 mln. dollar xərcləyib
Hesabat dövründə Azərbaycanın ümumi avtomobil idxalına çəkdiyi xərc isə 199,3 milyon dollar təşkil edib.